Jan 04 2019 18:19
Views: 650

Erməni  hərbi ekspert  Van Ambarcumyanın Azərbaycanın işğal olunmuş ərazilərin azad edilməsi üçün hərbi əməliyyatlara başğlayacağına dair mətbuata açıqlaması Ermənistan ictimaiyyətində böyük narahatlıq yaradıb. Erməni  hərbi ekspert  son illər Azərbaycanın ordusunun arsenalına müasir silahların daxil edilməsindən də narahat olduğunu etiraf edib. Hərbi Ekspert Ramil Məmmədlinin fikrincə   Ermənistan hakimiyyəti  mütəmadi olaraq  cəmiyyəti  müharibəyə hazır olmağa cağırır. Çünk Azərbaycanın torpaqlarını işğaldan azad etmək üçün  güclü siyasi iradəyə malik olduğunu  bilir.

Erməni ekspert  həmçinin  Prezident İlham Əliyevin   Azərbaycan xalqına yeni il münasibətilə müraciətində 2019-cu ilin Dağlıq Qarabağ münaqişəsində  həlledici məqamın  ola biləcəyi fikrindən də  narahatlığını gizlətməyib. Qeyd edək ki Azərbaycan prezidenti müraciətində bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın  ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dövlət başçısı deyib ki, Ermənistanda 20 il ərzində hakimiyyəti zəbt etmiş kriminal, rüşvətxor, xunta rejimi çökdü və bu, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin tam iflasıdır

Ekspert Ramil Məmmədli hesab edir ki, Azərbaycan prezidentinin müraciətində əksni tapmış fikirlər münaqişənin həlli üçün real addımlar atmağa çağırış kimi qiymətləndirilməlidir. Ermənistan bu il münaqişƏnin həlli istiqamətində konstruktiv adımlar atmasa regionda vəziyyət gərginləşə bilər. İndiki halda isə Ermənistanın hərbi, iqtisadi potensialı Azərbaycanla rəqabət aparmağa imkan vermir.  


Create Account



Log In Your Account