Jan 08 2019 14:42
Views: 455

Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş separatçı rejimlə Paşinyan hökuməti arasında gərginlik pik həddə çatıb. Ötən ilin dekabrında keçirilən növbədənkənar parlament seçkilərində qalib gələn Nikol Paşinyan Sarkisyan-Koçaryan koalisiyasını çökdürməkdə israrlıdır. Separatçıların lideri Bako Saakyan isə Ermənistanın yeni rəhbərliyinin əleyhinə addımlar atmaqda davam edir. Ermənistandakı hərbi siyasi vəziyyəti şərh edən politoloq Arzu Nağıyev deyir ki, hazırda Paşinyan hakimiyyətinin başı parlamentdə vəzifə bölgüsünə qarışıb. Bu səbəbdən də ölkədə iqtisadi, siyasi və hərbi sahədə problemlər həddən artıq çoxalıb.

Yürütdüyü işğalçılıq siyasəti səbəbindən təcrid vəziyyətinə düşən Ermənistan yeni ilin ilk günlərini qiymət artımı ilə qarşılayıb. Artıq Rusiyadan aldığı qazın hər min kubmetri üçün 150 dollar deyil, 165 dollar ödəməli olur. Siyasi şərhçilər bunun ciddi fəsada səbəb olacağını bildirirlər.

“Paşinyan başa düşməlidir ki, Dağlıq Qarabağ münaqişəsini həll etmədən hər hansı iqtisadi islahatlardan söhbət gedə bilməz” – politoloq Arzu Nağıyev belə deyir. Qeyd edir ki, bu münaqişə Ermənistana mümkün xarici sərmayələrə ən böyük təhdiddlərdən biridir. Hesab edir ki, bu il münaqişənin həlli istiqamətində daha ciddi addımlar atılmalıdır.

Politoloq deyir ki, əks halda, Paşinyan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsini uzadaraq, bundan öz siyasi ambisiyalarını həyata keçirmək üçün istifadə edəcək. Bu isə regionda vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər.


Create Account



Log In Your Account