Jun 08 2019 19:51
Views: 277

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyada keçirdiyi yüksək səviyyəli görüşlərdə ölkəsinin silahlanması barədə səsləndirdiyi fikirlər onun yürütdüyü siyasətin yalnış olduğunu yenidən nümayiş etdirdi. Ekspertlər hesab edir ki, Paşinyanın ölkəsinin yeni silahlar almaq istəyi barədə dedikləri Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətinin dalana dirəndiyini və nəticəsiz olduğunu göstərir. Politoloq Tofiq Abbasovun deyir ki, baş nazirin belə fikirlər səsləndirməsi hərbi ritorikadan başqa bir şey deyil. Çünki bu ölkənin iqtisadi vəziyyəti getdikcə pisləşir və Ermənistanın hər sahədə potensialı Azərbaycandan qat-qat geri qalır.
Hərbi ekspertlər hesab edir ki, Paşinyanın bu açıqlaması xüsusilə bu günlərdə Azərbaycanın Türkiyə ilə birgə həyata keçirdiyi genişmiqyaslı təlimlərlə bağlı narahatlıqdan qaynaqlanır. Bununla Ermənistanın baş naziri guya Azərbayacana cavab vermək iqtidarında olduqlarını bəyan etmək istəyib.Lakin faktlar başqa şey deyir.
Xatırladaq ki, Ermənistanın silah təchizatı məsələsi  Rusiya prezidenti ilə Ermənistanın baş naziri arasında keçirilən görüşlərdə müzakirə mövzusu olub. Nikol Paşinyan bu barədə Rusiya mətbuatına açıqlamaında məlumat verib. İsgəndər raketlərinin tədarükü barədə müzakirənin aparılması ilə bağlı suala cavabında Paşinyan deyib ki, Ermənistanda bundan kifayət qədər var. “Amma biz daha nələrsə almaq istəyirik” – deyən Ermənistan baş naziri bunun nədən ibarət olduğunu açıqlamasa da, sözügedən silahın kiçik bir şey olmadığını bildirib.


Create Account



Log In Your Account