Sep 14 2019 19:45
Views: 191

ABŞ Müdafiə Nazirliyi Azərbaycanın Dəniz Təhlükəsizliyi Proqramını dəstəkləmək üçün VSE Corporation İnc. şirkəti ilə 10 milyon dollar dəyərində müqavilə imzalayıb. Pentaqon bu barədə qərarını sentyabrın 10-da elan edib. Şirkət Xarici Hərbi Satış proqramı çərçivəsində Pentaqonun ayırdığı vəsait hesabına Azərbaycanın müvafiq qurumlarını antiterror və kəşfiyyat avadanlıqları, habelə xidmət və təlimlərlə təchiz edəcək.
Ekpertlər bildirir ki, terroR təhlükəsi bütün digər ölkələr kimi Azərbaycan üçün də təhdid yaradır. Bu baxımdan ölkənin terror təhlükəsinə qarşı tədbirlr görməsi tamamilə təbiidir. Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması  bu zərurəti daha da artırır.
Müqavilə Azərbaycan hökuməti üçün ABŞ-ın xarici hərbi satışlar proqramı çərçivəsində bağlanıb. Müqavilənin icrası ilə bağlı tədbirlrin gələn ilin sentyabrındayekunlaşması gözlənilir.


Create Account



Log In Your Account