Jun 19 2019 18:48
Views: 446

Amerika Birləşmiş Ştatları prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək. Bu barədə Bolton özünün tvitter səhifəsində yazıb. "Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında dialoqun davamına imkan yaratmaq üçün onlarla görüşü səbirsizliklə gözləyirəm", - deyə Con Bolton qeyd edib. Onun sözlərinə görə, rəsmi Vaşinqton "regionda sülh məsələsinin irəliləyişində kömək göstərməyə hazırdır. Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan sabah Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşəcəklər. Hər iki nazir artıq vaşinqtondadır. Ekspertlərsə hesab edirlər ki, danışıqların bu mərhələsindən də müsbət nəticələr gözləmək üçün ciddi əsaslar yoxdur.


Create Account



Log In Your Account