Oct 21 2019 19:02
Views: 381

 “Ermənistanda faşist, nasist və terrorçuların qəhrəmanlaşdırılması artıq bir siyasi mədəniyyətə çevrilib”. Bunu Bakı Dövlət Universitetində erməni nasist Qaregin Njde ilə bağlı keçirilən tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev deyib. Bildirib ki, faşist ideyasının təbliğatçısı Njde Ermənistanda qəhrəman kimi qələmə verilir və bu, sadəcə bir fakt deyil.
Qeyd edilib ki, Qaregin Njde bütün ömrü boyu türklərə qarşı vuruşub. O, sözün həqiqi mənasında faşist olub, quldur dəstəsi yaradaraq kifayət qədər insanın ölümünə səbəb olub. Bu gün Ermənistanda qəhrəman kimi təqdim olunan Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar, sənədlər var. Bu sənədlərdə Njde hərəkət etməyi Hitlerdən öyrənməyin lazım olduğunu deyir.
Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Erciyez Universitetinin müəllimi, professor Qafar Çaxmaqlı Njde haqqında tələbələrə məlumat verib. Bildirib ki, Naxçıvanda anadan olan erməni əsilli bu şəxs Birinci Dünya Müharibəsində Türkiyəyə qarşı döyüşüb. Müharibədən sonra daşnakların Türkiyəyə qarşı vuruşan dəstələrindən birinə rəhbərlik edib. Onun rəhbərliyi və göstərişi ilə azərbaycanlılar yaşayan kəndlər yandırılıb, əhalisi qətlə yetirilib və öz evlərindən qovulub. Njde, həmçinin Vedibasarda və Göyçə mahalında azərbaycanlı əhaliyə qarşı qırğınlar törədib.
Ermənişünas-alimin sözlərinə görə, Yerevanda erməni faşizminin banisi Njdeye qoyulan heykəl götürülməlidir. Buna nail olmaq üçün Njde haqqında həqiqətləri bütün dünyaya yaymaq lazımdır.

 


Create Account



Log In Your Account