May 23 2020 18:18
Views: 424

Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı əməliyyat taktiki təlimləri başa çatıb. Təlimlərə 10 min nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub. Hərbi manevrlərin yekunlarını şərh edən ekspertlər Azərbaycan ordusunun döyüş qabliyyətini yüksək qiymətləndirir.   
Təlimlər zamanı raket-artilleriya, aviasiya, şərti düşmənin dərinliklərinə zərbələr endirilməsi məşq etdirilib.  Komanda qərərgah təlimləri Naxçıvan qarnizonunun qoşunlarında da keçirilib. Təlimlər Yerevanda təşviş doğurub.
Ekspertlər deyirlər ki, hərbi təlimlər bir daha göstərdi ki, Azərbaycan hərbi potensialının gücləndirilməsinə diqqət yetirilir. Danışıqlar prosesinin nəticəsizliyi halında Azərbaycan işğal olunmuş ərazilərin işğaldan azad etmək hüququnu özündə saxlayır.

 


Create Account



Log In Your Account