Aug 06 2019 14:37
Views: 169

Ermənistanın baş naziri Nikol Paşinyanın işğal olunmuş Azərbaycan ərazilərinə səfəri və burda Dağlıq Qarabağın Ermənistana məxsus olması barədə səsləndirdiyi fikirlər işğalı legitimləşdirmək cəhdidir və daxili auditoriyaya hesablanıb. Bu növbəti şoudan başqa bir şey deyil.  Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev  Paşinyanın işğal altındakı Azərbaycan torpaqlarına səfərini və burda “pan-erməni” oyunları keçirməsini şərh edərkən belə deyib. Bildirib ki, Ermənistan tərəfi bu kimi tədbirləri 25 ildir uğursuz şəkildə həyata keçirir.

 

 Ekspertlərin fikrincə, Paşinyanın “Qarabağ Ermənistandır” fikirləri işğalın etirafıdır və onun uzun müddətdir qondarma rejimi münaqişənin ayrıca tərəfi kimi təqdim etmək cəhdlərinin ifşasıdır. Belə olan halda Azərbaycan hansı addımları atmalıdır?

Nikol Paşinyanın Xankəndində təşkil etdiyi bu şou həm də onun Qarabağ klanı qarşısında mövqelərinin güclənməsi cəhdidir. Gələn il Dağlıq Qarabağdakı qondarma rejim dırnaqarası prezident seçkisinə hazırlaşır. Paşinyan “Qarabağ Ermənistandır” bəyanatı ilə burda öz namizədinin mövqeyini möhkəmləndirmək niyyətindədir.

Ekspertlər hesab edir ki, beynəlxalq təşkilatlar Nikol Paşinyanın işğalı etiraf edın bu açıqlamasına münasibət bildirməlidir. Bu cür bəyanatlar münaqişənin sülh və danışıqlar yolu ilə həlli imkanlarının tükənməsinə gətirib çıxarır.  


Create Account



Log In Your Account