Apr 11 2019 18:44
Views: 137

Prezident İlham Əliyevin ötən bir ildə apardığı daxili və xarci siyasət Azərbaycanın  milli maraqlarına cavab verir. Bu gün dövlət başçısının 1 il ərzindəki fəaliyyətinin ciddi nəticələri göz qabağındadır. Millət vəkili politoloq Aydın Mirzəzadə belə deyib. Bildlrib ki, ötən illə bu il arasında büdcə fərqi 5 milyard manatdır. Bu, Ermənistanın illik büdcəsinə bərabərdir.

Millət vəkili bildlrib ki, Azərbaycanın iqtisadi inkişafı ilə bağlı çox ciddi addımlar atılır. Regionların inkişafı ilə bağlı 3-cü dövlət proqramı layiqincə yerinə yetirilib və artıq 4-cü dövlət proqramı qəbul edilib. Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev ordunun güclənməsinə də xüsusi diqqət ayırır.

Politoloq Rufiz Qonaqov bildirib ki, son 1 ildə Azərbaycanın mövqeləri həm Cənubi Qafqazda, həm dünyada, həm də beynəlxalq mübasibətlə sistemində kifayət qədər möhkəmlənib.  Dağlıq Qarabağ münaqişənin həllində Prezident İlham Əliyevin səyləri nəticəsində mövqeləri daha da güclənib.

Politoloqlar bildiriblər ki, Fransanın nüfuzlu “Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusun nəticələrinin yüksək olması,  prezident İlham Əliyevin uğurlu fəaliyyətinin nəticəsidir.


Create Account



Log In Your Account