May 06 2020 17:23
Views: 222

Qoşulmama Hərəkatının Azərbaycan prezidenitnin təşbübsü ilə keçirilən onlayn zirvə görüşü koronavirus pandemiyası ilə bağlı dünyada yaranmış böhranla mübarizədə ən düzgün yanaşmanı nümayiş etdirdi. Rusiyalı politoloq Yevgeni Mixaylov CBC-yə açıqlamasında belə deyib. Onun sözlərinə görə, Azərbaycan prezidentinin koronavirusla mübarizəyə dəstək mqəsədilə Dünya Səhiyyə Təşkilatına daha 5 milyon dollar ayırması qərarı xüsusilə təqdirəlayiqdir. Bu vəsait hesabına Afrika, Asiya və Latın Amerikasında çətin vəziyyətdə olan ölkələrdə virusla mübarizəyə töhfə veriləcək. Digər politoloq Sergey Markovun fikrincə isə, Azərbaycan prezidentinin aktiv fəaliyyəti Qoşulmama Hərəkatının yeni missiya tapmasına kömək edir. O, xatırladır ki, Azərbaycan prezidenti dəfələrlə tərəfdaşlara pandemiya ilə mübarizə üçün əlçatan formatlardan istifadəni təklif edib. bundan əvvəl türkdilli dövltlərin əməkdaşlıq şurasına üzv ölkələrin liderlərini də məhz Azərbaycanın dövlət başçısı videokonfrans formatında görüşdə bir araya gətirib. Halbuki bir çox beynəlxalq təşkilatlar pandemiya səbəbindən demək olar ki, fəaliyyətsiz qalıb. Ekspertlər qeyd edirlər ki, videokonfrans formatında keçirilən “Covid-19-a qarşı birlikdə” adlı toplantı Azərbaycanın beynəlxalq öhdəliklərə ciddi və məsuliyyətli yanaşdığını da göstərdi. 40-a yaxın ölkənin dövlət və hökumət başçısının, xarici işlər nazirlərinin, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Dünya SəhiyyəTəşkilatının Baş direktorunun iştirak etdiyi Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Toplantısı bir daha Azərbaycana və dövlət başçısına olan inamın, etibarın və etimadın göstəricisidir. Qeyd edək ki, ilk dəfə olaraq məhz bu toplantıda Qoşulmama Hərəkatının zirvə görüşündə Avropa İttifaqının yüksək səviyyəli rəsmisi iştirak edib.


Create Account



Log In Your Account