Oct 14 2019 19:23
Views: 300

Sabah Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü öz işinə başlayır. Türk Şurasının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım etməkdir. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış “Naxçıvan sazişi”nə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi  üzvləridir. Macarıstan isə müşahiidəçi statusuna malikdir. Bakıda keçiriləcək növbəti sammit də elə “Naxçıvan sazişi”nin 10 illiyinə həsr edilib. Ekspertlər Türk Şurasının fəaliyyətini, eləcə də 7-ci Zirvə Görüşünün əhəmiyyətini yüksək qiymətləndirirlər.
Ekspertlər qeyd edirlər ki, zirvə toplantısında ölkələr dövlət başçıları səviyyəsində təmsil olunmaqla, həm də yeni üzvlər qəbul edəcəklər. Özbəkistan prezidentinin Azərbaycana səfəri və Türk Şurasına üzv olması qurumun inkişafından xəbər verir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik artıq Qırğızıstandan Azərbaycana keçib.


Create Account



Log In Your Account