Sep 04 2018 18:53
Views: 714

Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətini növbəti dəfə ifşa edib. Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsini Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Qırğızıstanda keçirilən VI Zirvə görüşündə gündəmə gətirib. Qeyd edib ki, Azərbaycan uzun illərdir Ermənistanın işğalından əziyyət çəkir. İyirmi ildən çoxdur ki, beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon Ermənistanın işğalı altındadır. Bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətinə düşüb. Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti aparılıb, hərbi cinayətlər, Xocalı soyqırımı törədilib. İşğal edilmiş torpaqlarda Azərbaycanın bütün tarixi, dini abidələri, maddi-mədəni sərvətlərin talan edilib.
Siyasi ekspertlər prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsini daha bir əhəmiyyətli platformada - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündə gündəmə gətirməsini yüksək qiymətləndirirlər. Ekspertlərin fikrincə Türkdilli ölkələrin münaqişənin nizamlanması üzrə danışıqlar prosesinin intensivləşməsinə müəyyən təsiri ola bilər.
Ekspertlər hesab edirlər ki, Türkdilli dövlətlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlıdır. Çünki regional təhlükəsizlik məsələləri onlar üçün də xüsusi əhəmiyyət daşıyır.
Son zamanlar demək olar ki, bütün türkdilli dövlətlər Azərbaycandan keçən “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərindən istifadə edirlər. Siyasi ekspertlərin fikrincə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, münaqişəsinin sülh yolu ilə həlli, regionda sabitlik həm də bu səbəbdən türkdilli ölkələr üçün mühüm əhəmiyyət daşıyır.


Create Account



Log In Your Account