Mar 18 2019 18:06
Views: 323

Bundan sonra Bakıda fəaliyyət göstərən sahibkarlar elektrik təchizatı şəbəkəsinə qoşularkən dövlət qurumları ilə 2 dəfə təmasda olacaqlar. Bunu “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov paytaxtda elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə yeni qaydaların təqdimatında bildirib. Onun sözlərinə görə, ilkin olaraq iş adamları Kiçik və Orta Biznes (KOB) evlərinə və yaxud “ASAN Xidmət” mərkəzlərinə müraciət edəcək qoşulma haqqını ödəyəcəklər.

Bütün bu işlər yekunlaşdıqdan sonra texniki şərtin və layihə sənədlərinin təqdim edilməsi, Elektrik Təchzatı Müəssisəsi və sifarişçi arasında 2 nüsxədə qoşulma aktının və elektrik enerjisinin alqı-satqı müqaviləsinin imzalanması məqsədilə sahibkarın ikinci dəfə iştirakı tələb olunur. Artıq elektrik şəbəkəsinə qoşulmaq üçün on-layn qaydada müraciət qaydası daha da sadələşib.

Bu imkan Prezident İlham Əliyevin “Sahibkarların mövcud və inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” fərmanına uyğun olaraq yaradılıb. Əsas məqsəd iş adamlarının biznesə başlamasını asanlaşdırmaqdır.

Təqdimat zamanı qeyd olunub ki,  son islahat tədbirləri nəticəsində elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə elektron müraciət sisteminin yaradılması kiçik və orta sahibkarlığın dinamik inkişafı üçün əlverişli mühitin formalaşdırılması, kommunal xidmətlərə qoşulma üzrə səmərəliliyin artırılması və xərclərin azaldılması məqsədinə xidmət edir.


Create Account



Log In Your Account