Apr 19 2019 17:57
Views: 651

Bu ilin əvvəlindən 1300-dən artıq sahibkar elektrik şəbəkəsinə qoşulmaqla bağlı “Azərişıq” ASC-yə müraciət edib. Bunu qurumun Perspektiv İnkişaf və “ASAN xidmətlə” İş İdarəsinin rəisi Elsevər Rüstəmli bildirib. “Azərişıq” rəsmisinin sözlərinə görə, elektron müraciətlərin sayının artırılması məqsədilə müraciətlərin idarə olunması sistemi daha da təkmilləşdirib, əlçatanlıq təmin edilib, son nəticədə məmur-vətəndaş təması minimuma endirilib. 
Elektron müraciətlərin idarə olunması sisteminin üstün cəhətlərindən biri də elektron məlumatlarla yanaşı rəqəmsal sistemlərə də inteqrasiya oluna bilməsidir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nərmin Kazımlı isə bildirib ki, sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması istiqamətində ciddi islahatlar aparılır.  
İslahatlar nəticəsində prosedurların sayı 7-dən 2-yə, sərf edilən müddət isə 41-dən 20 günə endirilib. Həmçinin sahibkarlara elektrik enerjisi təchizatı şəbəkələrinə qoşulması üçün texniki şərtlərin o cümlədən layihə sənədlərinin hazırlanması və göndərilməsi, həmçinin fiziki qoşulmanın təmin edilməsi məqsədilə müraciətlərin kiçik və orta biznes evlərində (KOB), “ASAN Kommunal” mərkəzlərində elektron qaydada edilməsinə imkan yaradılıb.
Tədbirdə elektron hökümət üzərindən müraciətlərin daxil olması proseduru əyani şəkildə nümayiş olunub.


Create Account



Log In Your Account