Oct 29 2019 18:06
Views: 173

“Bakı” Elektrik Stansiyasında “itirilmiş” gücün bərpa edilməsi, etibarlığın və dayanıqlığın artırılması istiqamətində təmir, bərpa işlər aparır. Qeyd edək ki, qoyuluş gücü 104,4 meqavat olan stansiyanın “Reabilitasiya Proqramına” ötən ilin payızında qəbul edilib. Buna qədər “Bakı” Elektrik Stansiyasında mövcud 12 aqreqatdan 1-i ümumiyyətlə işləmirdi, qalan 11 aqreqat isə kəsirlə işləyirdi.

İlin əvvəlindən aqreqatların ehtiyat hissələri sifariş edilərək gətirilib və sazlama işlərinə başlanılıb. 2015-ci ildən fəaliyyətini dayandıran bir aqreqat da daxil olmaqla son aylarda 7 aqreqat təmir edilib, 2 aqreqatda isə təmir işləri yekunlaşmaq üzrədir. İlin sonuna qədər digər 3 aqreqatda da işlər yekunlaşdıqdan sonra stansiyada 20 meqavat “itirilmiş” güc bərpa ediləcək. Stansiyada enerjinin istehsalı ilə yanaşı ötürülməsi istiqamətində də kompleks işlər həyata keçirilib və stansiyadan çıxan dörd 110 kilovoltluq yüksək gərginlikli hava xəttindəki problemlər aradan qaldırılıb.

İndi “Azərenerji” ASC “Bakı” Elektrik Stansiyası ilə paralel olaraq digər elektrik stansiyalarında da yenidənqurma, təmir, bərpa işləri həyata keçirir.

2018-2021-ci illəri əhatə edən “Reabilitasiya Proqramı”na əsasən 800 meqavatdan artıq “itirilmiş” güc bərpa olunacaq ki, artıq onun yarıdan çox hissəsi bərpa edilib.


Create Account



Log In Your Account