Feb 28 2019 18:12
Views: 384

Azərbaycanda  “2018–2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” həyata keçirilir. Proqrama görə, 2021-ci ilədək ölkədə nağdsız ödənişlər üzrə aparılan əməliyyatların həcmi 17 milyard manata çatmalıdır. Azərbaycanın Mərkəzi Bankı Banklar Assosiasiyası ilə birlikdə dövlət proqramında nəzərdə tutulan məsələlərin həlli ilə bağlı tədbirlər keçirir.

Ölkədə nağdsız ödənişlərin inkişafı Mərkəzi Bankın fəaliyyətinin ən mühüm prioritetlərindən biridir və bu, iqtisadiyyatı şəffaflığın təmin olunması baxımından əhəmiyyətlidir. Bu haqda Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev məlumat verib. Onun sözlərinə görə, son iki il ərzində bu istiqamətdə aparılan tədbirlər artıq müsbət nəticələrini verməkdədir.

2018-ci ildə banklararası ödəniş sistemləri vasitəsilə aparılmış əməliyyatların həcmi ötən ilə nəzərən 31% artaraq 274 milyard manat olub. Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyevin sözlərinə görə, bu göstərici onu deməyə əsas verir ki, əhalinin maliyyə savadlılığının artırılması, ictimaiyyətdə nağdsız ödəniş vərdişlərinin formalaşdırılması istiqamətində görülən işlər öz müsbət nəticələrini verməkdədir.

“2018–2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən 2021-ci ilədək ölkədə nağdsız ödənişlərin illik həcmi 17 milyard manata çatacaq. Bu proqramın icrası hər il nağdsız ödənişlərin həcminin 7 faiz artmasına imkan verəcək.


Create Account



Log In Your Account