Dec 05 2019 17:20
Views: 128

"Fermerlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmək və payızlıq əkinləri qeydiyyatdan keçirməklə bağlı hər hansı texniki problemlə üzləşərsə, Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət etsinlər.” Bu fikirləri Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Göyçay rayonunda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı maarifləndirici tədbirdə çıxışı zamanı deyib. Qeyd edib ki, fermerlər istənilən məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə müraciət etməyə çağırırıq. Operatorlarımız onların suallarını operativ şəkildə cavablandıracaqlar". Nazir müavini bildirib ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı 2019-cu ildə geniş maarifləndirmə işləri aparılıb.


Create Account



Log In Your Account