Dec 17 2018 18:04
Views: 434

Yeni yaradılan "Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyətinin əsas funksiyalarından biri ixraca dəstək və yerli təchizat olacaq. Bunu Kənd təsərrüfatı naziri İnam Kərimov bildirb. Nazirin sözlərinə görə, cəmiyyət dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalçılardan və satıcılardan mərkəzləşdirilmiş qaydada satın alınmasını və ixracını, habelə tədarük edilərək satınalan təşkilatların müraciətləri əsasında onlara təqdim edilməsini həyata keçirəcək.

İnam Kərimov  "Aqrar tədarük və təchizat"  ASC ilə yanaşı elektron kənd təsərrüfatı informasiya sisteminin də qurulduğunu və yanvar ayından bu sistemin təhvil veriləcəyini deyib. Nazirin sözlərinə görə, sistemin özəlliyi ondadır ki, bunun vasitəsilə Kənd Təsərrüfatı Nazirliyi fermerlərin nə qədər məhsul əkdiyini və nə qədər yığımın olacağını proqnozlaşdıra biləcək. Bununla da məhsul yetişməmiş, fermer onun alıcılarını həm daxili, həm də xarici bazarda tapa biləcək.

"Aqrar tədarük və təchizat"ASC-i Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradilib və  səhmləri dövlətə məxsusdur. Prezident İlham Əliyevin sərəncamına əsasən, bundan öncə fəaliyyət göstərən "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyəti ləğv edilib.


Create Account



Log In Your Account