Feb 14 2019 18:23
Views: 907

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi bütün kənd təsərrüfatı proseslərini özündə ehtiva edir. Bu, fermerlərin nazirliyə çıxışını, fəaliyyətlərində səmərəliliyi və şəffaflığı təmin edəcək. Elektron kənd təsərrüfatı sisteminin təqdimat mərasimində kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova belə deyib. Bildirib ki, yeni sistemdə fermerlərin təqdim etdiyi məlumatlar yerləşdiriləcək, eyni zamanda onlara xidmətlər göstəriləcək. Burda həmçinin kənd təsərrüfatı ilə bağlı ən son məlumatlar təqdim olunacaq.

Nazir müavini qeyd edib ki, yeni sistem eyni zamanda ictimaiyyətin də kənd təsərrüfatı sahəsi ilə bağlı məlumatlandırılmasına xidmət edəcək. Sistemdən yararlanmaq istəyən fermerlər eagro.az ünvanında qeydiyyatdan keçərək özlərinə şəxsi kabinet yarada bilər. Eyni zamanda, mobil tətbiqi smart telefona yükləməklə elektron kənd təsərrüfatı sistemindən istifadə etmək olar. Mərhələli şəkildə sistemin fermerlərə təqdim etdiyi imkanlar artırılacaq.

Bundan başqa, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi fermerlərə nə əkməkdə qərar verməyə də kömək edəcək. Sistemin gələcək inkişaf üçün planlama işlərinin əsasını təşkil edəcək analitik hesabatların hazırlanması və modellərin qurulması, “Big Data”nın yaradılması imkanları var. Bu sistem vasitəsilə vətəndaşlar gələcəkdə subsidiya üçün də müraciət edə biləcəklər.


Create Account



Log In Your Account