Jan 18 2019 18:19
Views: 416

Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanır. Dövlət başçısının bununla bağlı imzaladığı müvafiq fərmanın icrası istiqamətində işlər davam etdirilir.  Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nərmin Kazımlı məlumat verib. Bildirib ki, yeni elektron satınalma modeli çərçivəsində dövlət satınalmasının planlaşdırılması, tender təklifinin qəbul olunması və iddiaçıların hüquqlarının qorunması üzərində təkmil nəzarət mexanizmi yaradılır. Dəyişikliyə əsasən tender təklifinin təminatı 1-5%-dən 1%-ə endirilib, malgöndərənlərin şikayətlərinə baxılması müddəti 20 bank günündən 10 bank gününə və çıxarılan qərarlar elektron qaydada təqdim olunmaqla müddəti 3 bank günündən 1 bank gününədək azaldılıb. Bütövlükdə dövlət satınalması üzrə yeni modelin tətbiqi ölkədə rəqabətli satınalma metodlarından istifadəyə imkan verir, tam, etibarlı və vaxtında olan satınalma məlumatlarına ictimai çıxışı əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Bu modelin tətbiqindən sonra dövlət satınalmaları vahid internet portalı üzərindən aparılacaq.


Create Account



Log In Your Account