Jan 10 2020 19:25
Views: 175

“Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsinin sabit saxlanılması üçün valyuta ehtiyatlarından istifadə etmir, əksinə bazardan valyuta çıxarır. Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov sahibkarlarla görüşdə deyib. Bildirib ki, son nəticədə həm Mərkəzi Bankın, həm də Azərbaycanın valyuta ehtiyatları artmaqdadır və artıq ölkəmizin ehtiyatları 51 milyard dolları keçib. Bu isə ölkənin xarici borcundan 5 dəfə çoxdur, illik ümumi daxili məhsulun dəyərinə bərabərdir. Elman Rüstəmovun sözlərinə görə, bütün bunlar ölkədə iqtisadi artım üçün əlverişli mühit yaradır. Maliyyə sektorundakı vəziyyətə toxunan Mərkəzi Bank sədri biznes kreditlərinin artımının arzuolunan səviyyədə olmadığını qeyd edib.


Create Account



Log In Your Account