Mar 02 2019 15:47
Views: 330

Azərbaycan Beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək üçün mümkün olan hər şeyi edərkən, hələ də Ermənistanın hərbi təcavüzü ilə üzləşir. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyasında çıxışı zamanı deyib. Nazir bildirib ki, yarandığı son beş onillik ərzində İƏT dünyada sülh və təhlükəsizliyin qorunması üzrə beynəlxalq ictimaiyyətin strateji tərəfdaşına çevrilib. Qeyd edib ki, Ermənistanın təcavüzü nəticəsində ölkəmin ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonu işğal olunub.

Nazir əlavə edib ki, Ermənistan işğalın nəticələrini möhkəmləndirmək məqsədilə işğal olunmuş ərazilərdə təbii sərvətlərin talan edilməsi, tarixi və İslam irsinin məhv edilməsi siyasətini davam etdirir.

Nazir üzv dövlətləri 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulmuş "Bakı prosesi"nin əsas hissəsi olan, 2019-cu ilin may ayında Bakıda keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda fəal şəkildə iştirak etməyə çağırıB. Qeyd edək ki, İclasda 56 üzv ölkədən və beş müşahidəçi dövlətdən nümayəndələr iştirak edir. İƏT-in 50 illik yubileyi ilə üst-üstə düşən ikigünlük sessiyada müsəlman ölkələrində sülh və sabitlik, habelə inteqrasiya və əməkdaşlıq məsələləri müzakirə olunur.


Create Account



Log In Your Account