Oct 23 2019 18:50
Views: 416

Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin iclası sədrliyin Venesueladan Azərbaycana keçməsi ilə başlayıb.
Toplantıda çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq siyasi təşkilat olaraq Qoşulmama Hərəkatı siyasi məsləhətləşmələr və praktiki əməkdaşlıq üçün geniş və əhatəli bir platformadır. Elmar Məmmədyarov Azərbaycanın müstəqil xarici siyasət yürütdüyünü və heç bir hərbi ittifaqın üzvü olmadığını diqqətə çatdırıb.
Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycanın dünya mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunur. Bu sahədə zəngin və ən yaxşı təcrübəsi ilə Azərbaycan, Hərəkatın prioritet istiqamətlərindən olan mədəni müxtəlifliyin qorunması və təşviqi istiqamətində səylərini davam etdirəcək. Nazir çıxışında Ermənistanın hərbi təcavüzü barədə də məlumat verib.
Sabah Hərəkatın Gənclər Zirvəsi üzv dövlətlərdən 40 fəal gənci bir araya gətirəcək. Qoşulmama Hərəkatı – BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatdır. Bu gün dünya əhalisinin təqribən 55%-i Hərəkata üzv ölkələrdə yaşayır. Bu dövlətlər dünyanın neft ehtiyatının 75%-dən, təbii qaz ehtiyatının 50%-dən çoxuna, habelə nəhəng insan resurslarına və təbii resurslara malikdir. 

 


Create Account



Log In Your Account