Dec 05 2019 20:18
Views: 206

Ermənistanın xarici işlər nazirinə ATƏT prinsiplərinin əsasını təşkil edən Helsinki yekun aktını diqqətlə oxumağı tövsiyə edirəm – Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bratislavada ATƏT xarici işlər nazirləri şurasının 26-cı iclasında çıxışı zamanı belə deyib. Elmar Məmmədyarov Zöhrab Mnatsakanyanın çıxışı zamanı münaqişənin həlli ilə bağlı beynəlxalq hüquqa zidd olan bəyanatlarına cavab verib. Ötən gün erməni nazirlə keçirilən görüşə də toxunub. Xatırladaq ki, ATƏT xarici işlər nazirləri şurasının 26-cı iclasında çıxış edən Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Azərbaycanı “Dağlıq Qarabağ xalqı”na təhdid yaratmaqda ittiham edib və münaqişənin həlli ilə bağlı beynəlxalq hüquqa zidd bəyanatlar səsləndirib. Nazirlər Şurasının iclasında ATƏT ərazisindəki münaqişələr, o cümlədən “Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində olub. Təşkilatın hazırkı sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçak ATƏT ərazisindəki münaqişələrdən danışarkən Ukraynada vəziyyətin ilin əvvəli ilə müqayisədə nisbətən nikbin olduğunu deyib. Amma digər münaqişələrlə bağlı irəliləyiş olmadığını qeyd edib.


Create Account



Log In Your Account