Jun 24 2019 19:18
Views: 388

“Vaşinqton görüşünün yaxşı nəticəsi o oldu ki, həmsədrlər müzakirə olunması üçün yenidən konkret sənəd təqdim etdilər”. Bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir bildirib ki, hazırda sənədlər nəzərdən keçirilir. “Görüşdə təmas xəttində sakitlik məsələsi müzakirə olundu. Mənim arqumentim o oldu ki, danışıqların aktiv olduğu dövrlərdə təmas xəttində sakitlik yox idi. Amma biz ciddi müzakirələr aparırdıq. Vacib deyil ki, təmas xəttində sakitliyi quraq, sonra danışıqlar aparaq”. Nazir Elmar Məmmədyarov belə deyib. Bildirib ki, hazırda həmsədrlərin martın 9-dakı bəyanatına əsasən danışıqlar aparılır. “Razı olduğumuz və olmadığımız bəzi məqamlar var. Həmsədrlər Vaşinqton görüşündə rəsmi təkliflər təqdim edib, bir-iki ay üzərində işləməliyik”. Elma Məmmədyarov Həmsədrlərin təqdim etdiyi təkliflər əsasında 2-3 aydan sonra yeni görüşün keçiriləcəyini deyib.


Create Account



Log In Your Account