Sep 28 2019 17:03
Views: 653

Xarici İşlər naziri Elmar Məmmədyarov Baş Assambleyasının iclası çərçivəsində Qrup 77 təşkilatının 43-cü illik iclasında iştirak edib. İclasında çıxışı zamanı Elmar Məmmədyarov Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bu iki təşkilat arasındakı münasibətlərin və əlaqələndirmənin  inkişafı istiqamətində səylər göstərəcəyini bəyan edib. 

Azərbaycan G77 qrupuna təşkilatın 135-ci üzvü qismində qoşulub.  Əsas məqsədi beynəlxalq inkişaf və iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı birgə mövqedən çıxış etmək olan və sıralarında bu günədək 134 üzv ölkəni birləşdirən  G77, iqtisadi və sosial məsələlər üzrə BMT-dən sonra dünyanın ən çox dövlətini bir araya gətirən birlikdir.


Create Account



Log In Your Account