May 14 2019 18:05
Views: 304

Azərbaycan Brüsseldə keçirilən  Şərq Tərəfdaşlığı proqramının 10 illiyi ilə bağlı toplantının yekun bəyannaməsinə imza atmayıb. Bunu Şərq Tərəfdaşlığı proqramının 10 illiyinə həsr olunan yüksək səviyyəli konfransda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Bildirib ki, rəsmi Bakının belə bir qərar verməsi bəyannamədə razılaşmadığı məqamların olması ilə bağlıdır. Nazirin sözlərinə görə, sənəd yalnız Azərbaycanı deyil, bir neçə digər ölkəni də qane etməyib.

Elmar Məmmədyarov panel müzakirələri zamanı Dağlıq Qarabağ məsələyə də toxunub. Ermənistanın yeni rəhbərliyi demokratik fikirlər səsləndirməsi bu ölkədə siyasi iradənin formalaşması üçün yaxşı imkan yarada bilər. Bu bizə imkan verər ki, ciddi və  substantiv danışıqlara başlayaq. Çünki demokratik ölkə başqa ölkənin ərazisini işğal edə və etnik təmizləmə həyata keçirəm bilməz. Nazir danışıqların davam etdirilməsi və əhalinin sülhə hazırlanması ilə bağlı suala da cavab verib. İndiyədək Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla bir neçə dəfə görüşdüyünü xatırladan Elmar Məmmədyarov qeyd edib ki, ermənilər status və təhlükəsizlik məsələsini önə sürür.

Elmar Məmmədyarov münaqişənin həlli üçün Ermənistan tərəfin lazımı siyasi iradə ortaya qoymasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker "Şərq Tərəfdaşlığı" Proqramının 10 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Konfransda çıxışı zamanı dondurulmuş münaqişələr məsələsinə toxunub. Bildirib ki, “Şərq Tərəfdaşlığı"na üzv ölkələri bir-birinə daha da yaxınlaşması üçün dondurulmuş münaqişələrin başa çatması vacibdir.


Create Account



Log In Your Account