Apr 12 2019 18:02
Views: 393

Milli Məclisin deputatı, əməkdar jurnalist Elmira Axundovanın yeni kitabları işıq üzü görüb. Bu yaxınlarda Xalq yazıçısı adına layiq görülən Elmira Axundova oxucuları və yaxınlarına iki yeni layihəsini təqdim edib.

İlk kitab “Elmira, biz onu belə tanıyırıq” adlanır. Burada müəllif haqqında son 15 ildə yazılan, deyilən fikirlər, məqalələr yer alıb.

Elmira Axundovanın təqdim etdiyi digər kitab “Həmkarlarımla üz-üzə” adlanır. Bu nəşr müəllifin ən çox xoşladığı janrda - müsahibə janrında hazırlanıb. Burada ölkəmizin müxtəlif kütləvi informasiya vasitələrinin Elmira  Axundova ilə söhbət və müsahibələri yer alıb.

Kitabların təqdimat mərasimində iştirak edən millət vəkilləri, siyasi ictimai xadim və media rəhbərləri müəllifi təbrik ediblər, yeni nəşrlər haqqında fikirlərini bölüşüblər.


Create Account



Log In Your Account