Oct 28 2019 18:57
Views: 335

Azərbaycanın xalq artisti Emin Ağalarov Gəncədəki Heydər Əliyev Park Kompleksində konsert proqramı ilə çıxış edib. Tanınmış bəstəkar-müğənni tamaşaçılar qarşısında ən məşhur hitlərini səsləndirib. “AMOR”, “Nejnaya”, “Sinaya vecnost”, “Azərbaycanım” və digər sevilən mahnılarını ifa edib.

Musiqili gecə Gəncə sakinlərinin böyük coşqusu və alqışları ilə qarşılanıb. Tamaşaçılar bütün mahnıları demək olar ki, müğənni ilə birgə ifa ediblər.

Qeyd edək ki, Emin Ağalarov peşəkar musiqi karyerasına 2006-cı ildə başlayıb. Həmin ildə onun "STILL" adlı birinci albomu çıxıb. Rusiyada bu diskin 70 000, MDB ölkələrində isə 30 000 nüsxəsi satılıb. Əsasən Rusiyada fəaliyyət göstərsə də, Emin mütəmadi olaraq Azərbaycanda konsert proqramları ilə çıxış edir. Onun bütün konsertləri böyük izdihamla müşaiyət olunur. 


Create Account



Log In Your Account