Sep 12 2019 14:47
Views: 218

Sentyabrın 16-dan 22-dək Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatına maraq böyükdür. Yarışa olan biletlərin yarıya qədərini xaricdən olan azarkeşlər alıb. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov məlumat verib. Onun sözlərinə görə, ölkəmizdə ilk dəfə bədii gimnastika üzrə dünya birinciliyi 2005-ci ildə keçirilib. Həmin vaxt Azərbaycan ilk dəfə Olimpiya idman növü üzrə dünya çempionatına ev sahibliyi edib. Altay Həsənov bu dəfəki bədii gimnastika üzrə dünya çempionatının da yüksək səviyyədə təşkil olunacağını bildirib. Turnir həm də “Tokio 2020” yay olimpiadasına lisenziya xarakteri daşımasına görə önəmlidir. Azərbaycan komandasının da əsas hədəfi budur.


Create Account



Log In Your Account