Dec 17 2019 20:32
Views: 924

Vaşinqtonda Azərbaycanın dahi ədibi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd edilib. tədbirdə yerli ictimaiyyət, burada yaşayan Azərbaycan icmasının nümayəndələri, elm və incəsənət xadimləri iştirak ediblər. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Azərbaycanın və Şərqin dahi şairi, ana dilində fəlsəfi poeziya məktəbinin banisi Nəsiminin həyat və yaradıcılığı haqqında məlumat verib. 2019-cu ilin Nəsimi İli elan edilməsini vurğulayaraq, bunun şairin şəxsiyyətinə və ədəbi irsinə olan yüksək ehtiramın nümunəsi olduğunu qeyd edib. Bu ənənəni hələ 1973-cü ildə ulu öndər Heydər Əliyevin qoyduğunu, onun təşəbbüsü ilə şairin 600 illik yubileyinin Yuneskonun qərarına əsasən dünya miqyasında qeyd olunduğunu xatırladan səfir ölkə ərazisində keçirilən çoxsaylı tədbirlərlə yanaşı Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda 650 000 ağacın əkildiyini diqqətə çatdırıb. Tədbirdə şairin Sığmazam qəzəlinə amerikalı bəstəkar Endrü Çelentanonun bəslədiyi musiqinin premyerası keçirilib. Həmçinin amerikalı qiraətçi Con Uilyams qəzəlin ingilis dilinə tərcümə edilmiş versiyasını səsləndirib. Bəstə və şeir tədbir böyük maraqla qarşılanıb. Vaşinqton Beynəlxalq Piano İncəsənət Şurasının üzvü, musiqiçi Con Qardetski dünya klassik musiqi nümunələri ifa edib. Qeyd edək ki, tədbir Vaşinqton Beynəlxalq Piano İncəsənət Şurasının və Azərbaycanın Sönməz Məşəl İctimai Birliyinin təşəbbüsü ilə keçirilib. Xatırladaq ki, Vaşinqton Beynəlxalq Piano İncəsənət Şurası 2017-ci ildə Xocalı qətliamı qurbanlarının xatirəsinə həsr olunmuş “Sülh laylası” konsertini təşkil edib. Bu kompozisiya da böyük maraqla qarşılanıb.


Create Account



Log In Your Account