Mar 17 2018 16:44
Views: 392

Heydər Əliyev Mərkəzində Cənubi Qafqazın ən qədim zinət əşyasının təqdimatı keçirilib.Təqdimat mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bu zinət əşyasının çox dəyərli olduğunu vurğulayıb. Mərkəzin “Azərbaycan inciləri: tarixin axarında” daimi sərgisinə daxil edilən tarixi dəyərli yeni eksponat - Eneolit dövrünə aid qızıl boyunbağıdır.
Öz dövrü üçün kifayət qədər zərif əl işi olan qızıl boyunbağı zamanın təsirindən dörd hissəyə bölünüb. Mütəxəsssislər hesab edirlər ki, bu eksponat dəqiq öyrənilməli, onun izahı, təsviri verilməlidir.
Qeyd edək ki, zinət əşyası 2008-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Dizə kəndi yaxınlığında, Ovçular təpəsi qədim yaşayış yerində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilib. Boyunbağı Cənubi Qafqazın ən qədim qızıl zinət əşyasıdı. Mütəxəssislərin Eneolit dövrünə aid etdiyi Naxçıvan tapıntısı hələ e.ə. V minillikdə bu ərazidə filizçıxarma və mis metallurgiyasının mövcudluğundan xəbər verir.


Create Account



Log In Your Account