Sep 20 2019 19:02
Views: 287

Daşkənddə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına üzv ölkələrin enerji nazirlərinin birinci görüşü və “Mərkəzi Asiya Enerji Sərmayə Forumu 2019” adlı tədbir keçirilir. Tərəflər energetika sahəsində məsələlərin həlli üçün tərəfdaşlı məsələlərini müzakirə edibər. Azərbaycanın energetika nazirinin müavini Samir Vəliyevin də iştirak etdiyi toplantıda qeyd olunub ki, etibarlı enerji təchizatı hər bir iqtisadiyyatın əsasını təşkil edir.

Tədbirin təşəbbüskarı Özbəkistanın CAREC-dəki nümayəndəliyi və Asiya İnkişaf Bankıdır. Müzakirələrdən sonra bəyannamə imzalanıb. Tərəflər 2030-cu il üçün enerji strategiyası üzərində işləyəcək və BMT-nin davamlı inkişaf məqsədləri üçün 17 hədəfindən biri olan təmiz enerjinin əlçatanlığına nail olmaq sahəsində əməkdaşlıq edəcəklər.


Create Account



Log In Your Account