Nov 01 2019 17:05
Views: 129

Bakıda keçirilən Cənub-Şərqi Avropa Platformasının növbəti toplantısında 70 nümyəndə iştirak edir. Onlar Erasmus Tələbə Şəbəkəsinin beynəlxalq təlimçiləri keçirdiyi sessiyalarda iştirak edirlər. ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Azərbaycan dinamik və hərtərəfli inkişaf edən bir ölkə olduğunu qeyd edib. O qonaqların  Azərbaycan paytaxtı ilə daha yaxından tanış olacaqlarına ümidvar olduğunu bildirb. 

Üç gün davam edəcək tədbirdə on ölkədən, o cümlədən Bolqarıstan, Yunanıstan, Rumıniya və Türkiyədən nümayəndələr iştirak edir.

Erasmus Tələbə Şəbəkəsinin Avropanın ən böyük tələbə assosiasiyalarından biridir. Şəbəkə 41 ölkədə yerləşən 350 min tələbəni birləşdirir. əsas məqsədi yerli və xarici tələbələrin mədəniyyətlərarası anlaşma və özünüinkişaf qabiliyyətlərinin artırılmasına yardım etməkdir.


Create Account



Log In Your Account