Jan 12 2019 15:31
Views: 425

Erməni Mxrtçyan və Xalatyan ailəsi Almaniyada sığınacaq almaq üçün dələduzluq yolu ilə soyadlarını dəyişərək özlərini azərbaycanlı Həsənovlar ailəsi kimi qələmə veriblər. Almaniya hökuməti isə saxta “Həsənovlar”ı Ermənistana deportasiya edib. 
Politoloq Rizvan Hüseynov deyir ki, bu, ilk belə hal deyil. Son 28 ildə dəfələrlə erməni ailələri Azərbaycan ad-soyadından istifadə edərək, özlərini Azərbaycandan olan qaçqın və köçkün kimi qələmə verərək əsasən Avropa ölkələrinə və hətta Amerikaya qaçmağa cəhd ediblər.
“Yəqin ki, nəzərə alırlar ki, əsasən bizim bölgədən Avropa ölkələrinə gedən qaçqınların əksəriyyəti Ermənistandandır və ermənidir. Azərbaycanlılar daha azdır. Kvota baxımından yəni azərbaycanlılar üçün  əlverişlidir. Buna görə də bu şəxslər özlərini azərbaycanlı kimi qələmə verərək o kvotanı doldurmaq istəyirdilər”.
Politoloq deyir ki, erməni ailəsini dələduzluq etməyə məcbur edən əsas səbəb Ermənistanda hökm sürən acınacaqlı sosial-iqtisadi vəziyyətdir. Ermənilər bu səbəbdən  ölkəni tərk etməyə məcbur olur və üstəlik, bunun üçün hər vasitəyə əl atırlar.
“Son 25 ildə faktiki olaraq Ermənistan əhalisi 2 dəfə azalıb. Ermənilər gecə-gündüz qışqırırlar ki, 1915-ci ildə guya bunlara qarşı soyqırım törədili. Halbuki, əsl soyqırımı elə özləri-özlərinə törədirlər. Ölkənin əhalisi 2 dəfə azalıbsa, bu, birbaşa sosial-iqtisadi vəziyyətin göstəricisidir. Vəziyyət o qədər acınacaqlıdır ki, vəziyyət Ermənistanda əsasən gənclər və ailə qurmaq qabiliyyətli insanlar ölkəni tərk edirlər. Nəticə olaraq hətta sabah Ermənitan istəsə iqtisadi inkişaf etmək və pul da tapsa, yenə də bunu edə bilməyəcək, ona görə ki, yaşayan və işləyən şəxslər yoxdur. Erməni xaqlının əsl faciəsi də budur”.
Almaniya nəşrinin məlumatına görə, Mxrtçyan və Xalatyanlar 2017-ci ildə qaçqın statusu almaq üçün müraciətlərinə müsbət  cavab verilmədiyi üçün “azərbaycanlı olmaq” qərarına gəliblər. Həmin vaxtdan erməni ailə “Həsənov” soyadı ilə Almaniyanın Vorms şəhərində yaşamağa başlayıb.  Bir müddət sonra ailənin yalanı ifşa olunsa da, onlar könüllü geri qayıtmaq istəməyiblər. Bu səbəbdən şəhərin miqrasiya xidməti erməni ailəni məcburi deportasiya edib.


Create Account



Log In Your Account