Sep 10 2019 17:41
Views: 396

Jurnalist Narine Kirakosyanın Ermənistanda  müsəlman qəbirstanlığının dağıdılması ilə bağlı yaydığı video sosial şəbəkə istifadəçiləri arasında böyük ajiotaja səbəb oub. Videoda qəbirlərin vandalcasına yerlə-eksan edilməsi görüntüləri əksini tapıb.
Narine Kirakosyan Ermənistanda vəhşi təbiətin və mədəni dəyərlərin qorunması fondunu nəzərdə tutur. Jurnalist bu əraziyə çəkiliş üçün gələrkən diqqətini dağıdılmış qəbirstanlıq cəlb edib. Sonra aydınaşdırıb ki bu müsəlman qəbirsatnlığıdır.
Ekspertlərsə deyirlər ki, Ermənistanda tarixi-mədəni abidələrin dağıdılması nadir hadisə deyil. Bu ölkədə başqa xalqların nümayəndələrinə həmişə dözümsüz münasibət olub.
Bu kadrlarda isə Ermənistanın işğal etdityi Azərbaycan əraziləridir. İşğal olunmuş ərazilərin böyük bir hissəsi yerlə yeksan edilib. Azərbaycanlılar aid bütün tarixi mədəniyyəd abidələri, qəbirstanlıqlar dağıdılıb.
Ekspertlər hesab edirlər ki, başqa xalqlara qarşı dözümsüzlük, ermənilərə məxsus olmayan tarix və mədəniyyət abidələrinin məhv edilməsi bu ölkənin dövlət siyasətidir. Yerevanın tarixi mərkəzinin məhv edilərək simasının tamamilə dəyişdirilməsi də buna bir sübutdur. Ekspertlərin fikrincə, Narine Kirakosyanın yaydığı vodeo göstərir ki, indi bunu  ermənilər özləri də etiraf edirlər. Jurnalist sadə bir sual verir: müsəlmanlara aid qəbirstanlıq niyə dağıdılıb. Bu suala isə Ermənistan hakimiyyəti cavab verməlidir.


Create Account



Log In Your Account