Mar 28 2019 17:57
Views: 473

Milli-mənəvi abidələrimiz həm də xalqımızın daşlaşmış tarixidir. Ermənilər isə bu dəyərlərimizi məhv etməklə azərbaycanlıların guya burada yaşamadıqlarını sübut etməyə çalışır. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin I müavini Səyyad Salahlı “Erməni təcavüzü və məhv olmuş tarixi dini abidələrimiz” mövzusunda konfransda deyib. O, bildirib ki, işğal edilmiş Azərbaycan torpaqlarında, o cümlədən Dağlıq Qarabağda məhv edilən abidələrdən 367-si tarixi abidələr, 67-si məscidlər, 140-ı ziyarətgahlar, 140-ı məbədlərdir. Azərbaycanda   fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri ermənilərin azərbaycanlılara qarşı törətdiyi  cinayətləri və qətliamları unutmadığlarını vurğulayıblar.

Konfransda Azərbaycandakı dini icma rəhbərləri dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Müraciətdə ermənilərin qəsb etdikləri Azərbaycan torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrinin dağıtması diqqətə çatdırılıb. Azərbaycanın dövlətlər və xalqlararası münasibətlərdə beynəlxalq hüququn qəbul edilmiş prinsiplərinin, sivil birgə yaşayış normalarının tətbiq olunmasının tərəfdarı olduğu qeyd olunub.


Create Account



Log In Your Account