Mar 30 2019 17:56
Views: 338

“Vyana görüşü münaqişənin həlli ilə bağlı danışıqlara yeni impuls verdi”.  Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşünü AZƏRTAC-a şərh edərkən belə deyib. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə təşkil edilən görüşün normal və konstruktiv şəraitdə keçdiyinə diqqət çəkən Prezident Adminstrasiyası rəsmisi bildirib ki, bu bir daha təsdiq edir ki, danışıqların formatı dəyişməz olaraq qalır.

Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında iki saatdan artıq təkbətək danışıqlar aparılıb. Ümumilikdə görüş üç saatdan çox müddətdə davam edib.  tərəflər xarici işlər nazirləri səviyyəsində görüşlərin davam etdirilməsi qərarına gəlib.

Ekspertlər hesab edir ki, xarici işlər nazirləri arasında keçiriləcək görüşdə ilk növbədə humanitar məsələlər müzakirə olunmalıdır. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fəriq Şəfiyev deyir ki, hazırki geosiyasi vəziyyət danışıqları davam etdirilməsini ehtiva edir.  

Beynəlxalq ekspertlər hesab edir ki, danışıqlar prosesinin müsbət nəticə verməsi daha çox Ermənistanın özünə lazımdır. Azərbaycanın  böyük miqyaslı beynəlxalq layihələr reallaşdırdığı indiki halda  Ermənistan tərəfi işğalçılıq mövqeyindən geri çəkilməklə özünə həm də iqtisadi dividentlər qazana bilər.


Create Account



Log In Your Account