Apr 24 2019 18:50
Views: 176

“Ermənilərin xüsusi yalanlar uydurma təcrübəsi var. Bəşəriyyət 100 ildir ki, erməni yalanı ilə üz-üzə dayanıb. Təəssüf ki, bu yalanlara qarşı qoyulan həqiqətlər 100 ildən çoxdur ki, unudulur”.  Bunu Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov ”Uydurma erməni soyqırımı: Həqiqətlər və reallıqlar” adlı dəyirmi masada deyib. Onun sözlərinə görə, ermənilərin bu məkrli və iyrənc addımların qardaş Türkiyəyə və ölkəmizə qarşı qaldırılan ərazi iddiaları ilə əlaqədardır.

“Türkiyə və Azərbaycan olaraq bizim qarşımızda duran vəzifə ermənilər və havadarlarının yalanlarını ifşa etmək, sistemli şəkildə bu addımları atmaq, bunun üçün iki ölkənin resurslarını və güclərini birləşdirməkdir. Digər tərəfdən, Azərbaycanın məruz qaldığı çox ciddi təhdidlərlə bağlı həqiqəti, ölkəmizin ərazilərinin müəyyən hissəsinin işğalı, etnik təmizləməyə məruz qalması barədə həqiqətlərə bəşəriyyəti inandırmaqdır".


Create Account



Log In Your Account