Jun 20 2019 19:18
Views: 306

Xocalı soyqırımının canlı şahidi Dürdanə Ağayevanın müəllifi olduğu “Erməni zindanında səkkiz gün” adlı kitabın təqdimat mərasimi keçirilib. İndiyədək rus və türk dillərində işıq üzü görən kitab Rusiya, Türkiyə və digər ölkələrdə yayımlanıb. Kitabın Azərbaycan dilində nəşrinə də tələbat yaranıb. Kitabda 8 gün erməni əsirliyində qalan və erməni terrorizminin dəhşətlərini yaşayan Dürdanə Ağayevanın başına gələn müsibətlərdən bəhs edilir.

Natiqlər kitabın müxtəlif dillərə tərcümə olunaraq dünyada yayılmasının vacibliyini vurğulayıblar. Kitabın Ermənistan ordusunun törətdiyi vəhşiliklərinin ifşa olunmasında, Xocalı soyqırımının dünyaya tanıdılmasında əhəmiyyətini qeyd ediblər. Yeni nəşrin gələcək nəsillər üçün mənbə ola biləcəyi də söylənilib.


Create Account



Log In Your Account