Aug 22 2019 18:22
Views: 226

Ermənistanın cəbhədə irəliləməsi və  Azərbaycanın mövqelərini ələ keçirməsi ilə bağlı iddialar əsassız və gülməlidir. Ekspertlər Ermənistanın baş nazir Nikol Paşinyanın bununla bağlı açıqladığı məlumatları gülünc adlandırırlar. Hesab edirlər ki, Azərbaycan ordusu istənilən vaxt qarşı tərəfin təxribatının qarşısını almağa hazırdır. Lakin Paşinyan hökuməti Ermənistanda insanları bunun əksinə inandırmağa çalışır.

Paşinyanın hakimiyyətə gələrkən firavan həyat vədləri ilə bərabər sürətli iqtisadi inkişaf haqda dedikləri reallaşmadığından bu, əhali arasında ona olan inamın azalmasına gətirib çıxarıb. Eyni zamanda, Paşinyanın reytinqi sürətlə aşağı düşüb.

Ekspertlərin fikrincə, Paşinyan özünü siyasətçi hesab etsə də, onun siyasi səriştəsi yoxdur. Bunun bilavasitə göstəricisi isə onun hakimiyyətə gəlişindən sonra ölkənin nə iqtisadiyyatında, nə də xarici siyasətində heç bir irəliləyişin olmamasıdır. Analitiklərin fikrincə, bu uğursuzluqdan diqqəti yayındırmaq üçün Nikol Paşinyan daxili auditoriyanı absurd bəyanatlarla aldatmağa çalışır.


Create Account



Log In Your Account