Sep 22 2017 18:33
Views: 666

Ermənistanın Armavir şəhərinin sakini ailəsini ölkədən aparmaq üçün evinə gəlib. O, “İlk xəbər” erməni saytına müsahibəsində Rusiyada normal maaşı olan daimi iş tapdığını deyib.
Ermənistanın digər sakinləri də soydaşlarıyla həmfikirdir. Çarəsiz qalan insanlar “Soydaşlar” proqramı vasitəsilə Rusiyada iş və yaşamaq üçün mənzil axtarışına çıxıblar.
Ermənistanın “İlk xəbər” saytının jurnalistləri isə ruslardan gileylənirlər. Deyirlər ki, Rusiya Federal Miqrasiya Xidmətinin əməkdaşları onlarla kobud davranıb. Onları ərazidən qovublar və təhlükəsizlik xidmətini çağırmaqla hədələyiblər. Ofisdə öz növbəsini gözləyən Ermənistan vətəndaşına qarşı da kobudluq edilib. Nəzərə alanda ki, sadə ermənilərin başqa əlacı yoxdur, onlar bu hörmətsiz davranışa sadəcə, göz yummağa məcburdurlar.


Create Account



Log In Your Account