Apr 25 2019 14:46
Views: 233

Ermənilərin Suriyada PKK-YPG teror təşkilatı ilə birgə yeni terror təşkilatı yaratması barədə məlumatlar ciddi araşdırılmalı və buna qarşı tədbirlər görülməlidir. Türkiyədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları bununla bağlı Türkiyə hakimiyyət orqanlarına çağırış edib. İğdır-Azərbaycan dil, tarix, mədəniyyət BİRLİYİNİ yaşatma və dəstəkləmə dərnəyinin rəhbəri Ziya Zakir Acar CBC-yə açıqlamasında bildirib ki, bu təşkilatın qondarma erməni soyqırımının ildönümü günü təsis edilməsi  təsadüf deyil.

Ziya Zakir Acar ASALA-nın ABŞ qüvvələrinin nəzarətində olan ərazidə yaradılmasına da diqqət çəkir. Onun sözlərinə görə, qondarma erməni soyqırımı ilə bağlı iddiaları dilə gətirən qərb dövlətləri ermənilərin terror təşkilatı yaratmasına səsssiz qalmamalıdır. ASALA terror təşkilatı 1975-ci ildə Türkiyədən qondarma erməni soyqırımının qisasını almaq niyyəti ilə yaradılıb. Bu təşkilat onlarla türk diplomata qarşı terror həyata keçirib. Ermənilərin Suriyada ASALA terror təşkilatını yenidən təşkil etməsinin məqsədi Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiları, Türkiyənin şərqində “Qərbi Ermənistan” xəyalını gerçəkləşdirməkdir.

Xatırladaq ki, ötən gün Suriyada PKK terror təşkilatı ilə birgə ermənilərdən ibarət yeni təşkilat yaradılıdığı bildirilib.  Dəstənin Türkiyə ilə sərhəddə yerləşən Abyad, Aynularab ve Resulayn ərazilərində yerləşdiriləcəyi deyilir. Dəstəyə 2017-ci ildə təhlükəsizlik qüvvələrinin məhv etdiyi erməni terrorçu Nubar Ozanyanın adı verilib.


Create Account



Log In Your Account