Mar 10 2018 15:38
Views: 608

Yerevanın mərkəzində faşist Qaragen Nijdenin abidəsinin ucaldılmasından narahat olan bir qrup erməni Rusiyanın km.ru nəşrinin redaksiyasına məktub ünvanlayıblar. Məktubda bildirilir ki, Nijdenin abidəsinin ucaldılmasının kütləvi informasiya vasitələrində qızğın müzakirəsi, onun fəaliyyətinin qəhrəmanlıq kimi təbliğ edilərək erməni gənclərə örnək göstərilməsinə ermənilər laqeyd yanaşa bilməz. Çünki bu vəziyyət faşizmin təbliğatına bərabərdir. Etirazçılar yazırlar ki, indi Ermənistanda heç də hamının Qaragen Njde, “Dro” ləqəbli Drastamat Kanayan və digər faşistlərin dövlət səviyyəsində qəhrəmanlaşdırılmasına qarşı çıxmağa cəsarəti çatmır.  Ermənilərin çoxu anlayır ki, onların vətəni hansı fəlakətə sürüklənir. Amma bunu açıq şəkildə deməyə qorxurlar. Məktubda, öz silahdaşı Ayko Asatryanla birlikdə  “sexakronizm” adlandırılan erməni faşizmi ideologiyasının əsasını qoymuş  Qaragen Njdenin fəaliyyəti barədə məlumat verilir. Müəlliflər qeyd edir ki, Ermənistanın hazırkı hakimiyyəti öz ideloji baxışlarını gizlətmir və 2016-cı ilin 25 may tarixində Yerevanda Qaragen Njdenin abidəsini uclatmaqla gənclər arasında faşizmin təbliğinə xidmət edir.
Bu, ermənilərin ölkədə aparılan ideoloji siyasətdən ilk narazılığı deyil. bundan əvvəl Ermənistanda faşist cinayətkarların və terrorçuların qəhrəmanlaşdırılması siyasətinə qarşı Ukraynadakı erməni diasporunun rəhbəri Valeri Eretsyan çıxış etmişdi.
Ermənilərin özündən başqa Hitlerin əlaltılarının qəhrəmanlaşdırılması rəsmi Moskvanı da narahat edir. 2016-cı ilin iyununda Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qragen Njdenin abidəsinin ucaldılmasına münasibət bildirərkən qeyd edib ki, Rusiya Yerevanda belə bir abidənin niyə qoyulmasını anlamır. Bu məsələ Rusiya ictimaiyyətini narahar etməyə bilməz. Axı Moskva indi müstəqil dövlətlər olan keçmiş Sover respublikaları, o cümlədən Azərbaycanla birlikdə nasist Almaniyasına, başqa sözlə Qaragen Njde kimilərə qarşı vuruşub. Bu müharibədə sovet ittifaqının itkisi 26 milyon insan olub. indi isə Moskva və Yerevan strateji müttəfiq olsalar da, Ermənistanda faşistləri yüksək qiymətləndirir.
İkinci dünya müharibəsinin əvvəllərində Qaragen Njde Hitler Almaniyası ilə əməkdaşlıq etməyə başlayıb. O, erməni əsirlər qarşısında təbliğat xarakterli çıxışlar edərək onları sovet ittifaqına qarşı döyüşməyə səsləyib. Onun ən çox səsləndirdiyi fikir isə bu idi: kim Almaniya üçün həlak olursa, o Ermənistan üçün həlak olur. Bundan başqa Bolqarıstan və Rumıniyada erməni millətçiləri təşkilatı olan “Tsexakron”un üzvlərindən ibarət silahlı qruplaşmalar yaradılıb.  Onun rəhbərliyi ilə erməni legionu çoxu dinc sakinlər olan 20 mindən artıq insanı qətlə yetirib.
Hələ nasistlərə qoşulmazdan əvvəl, 20-ci əsrin əvvəllərində Cənubi Qafqazda Sovet ittifaqı qurulmamış, Qaragen Njde Dağlıq Qarabağda azərbaycanlıların qətliamında iştirak edib. Njde və onun başkəsən silahdaşlarının qurbanı burda yaşayan başqa millətlərin nümayəndələri, ləzgilər, yəhudilər, ruslar və digərləri də olub.
KM.RU Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasını pisləyən ilk Rusiya kütləvi informasiya vasitəsi deyil. buna qədər Nezavisimaya Qazeta və Zvezda teelkanlaı erməni hakimiyyətinin siyasətini kəskin tənqid etmişdi. Sadə Rusiya vətəndaşları da öz narazılığını dilə gətirib. 200 mindən artıq insan post-sovet məkanında faşizmin qəhrəmanlaşdırılmasına son qoyulması tələbi ilə petisiya imzalayaraq dövlət dumasına və Rusiya  federasiya şurasına göndərib. Petisiya imzalayanlar tələb edir ki, Njdenin abidəsinin ucaldılması pislənsin və onun götürülməsi təmin edilsin. Ermənistan hakimiyyəti isə nəinki bu tələbləri nəzərə almır, hətta Njdeni Rusiyanın Suvorov, Nevski kimi qəhrəmanları ilə müqayisə edir.
Ermənistandakı faşistyönlü siyasəti müxtəlif ölkələrdən ictimai, siyasi xadimlər, o cümlədən 20-ci əsrin əvvəllərində onun cinayətlərindən əziyyət çəkən azərbaycanlılar, yəhudilər pisləyir. Buna baxmayaraq Ermənistanda Njdenin adına küçələr, meydanlar, metro stansiyaları verilir, şərəfinə abidə ucaldılır. Ermənilər Njdenin daha bir abidəsini Bolqarıstanın Pliska şəhərində qoymaq istəyir. Njdenin ideyaları hakim Respublikaçılar Partiyasının platformasında əksini tapıb. Bu partiyanın 160 min üzvü Njde ideologiyasının daşıyıcısı olmaqla fəxr edir və onu gələcəkdə inkişaf etdirməyi vəd edir


Create Account



Log In Your Account