Apr 25 2019 14:51
Views: 311

Qondarma erməni soyqırımının104-cü ildönümü ilə bağlı Türkiyənin ABŞ-dakı səfirliyinin qarşısında aksiya keçirilib. Türkiyə səfirinin iqamətgatı qarşısında toplaşan bir qrup erməni qondarma soyqırımı iddialarını yenidən gündəmə gətirib. Türkiyəyə qarşı ittihamlar səsləndiriblər. buna cavab olaraq Amerikada yaşayan türklər və azərbaycanlılar da aksiya təşkil edib.

Onlar Türkiyə səfirliyinin qarşısında sipər çəkərək ermənilərin yaxınlaşmasına imkan verməyib. Eyni zamanda, ermənilərin azərbaycanlılar və türklərə qarşı törətdiyi qanlı cinayətlər, Azərbaycan torpaqlarını işğal etməsi barədə həqiqətləri əks etdirən plakatlar qaldırılıblar. Aksiya iştirakçıları ermənilərin əsassız iddilarını  Azərbaycan və Türk musiqiləri ilə eşidilməz ediblər.

Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç CBC-nin Vaşinqton bürosuna müsahibəsində bildirib ki, bu uydurma soyqırım Türkiyə tarixində baş verməyib. Ermənilərin bu iddiaları öz qanlı cinayətlərini ört-basdır etmək məqsədi daşıyır. Səfir Amerikada bəzi dairələrin bu iddiaları dilə gərirməsini qınayıb.

Aksiyada iştirak edən Türk icmasının nümayəndələri erməni terror təşkilatlarının illər ərzində türk diplomatları və dövlət xadimlərini qətlə yetirdiyini bildirib, bu qanlı cinayətlərə ədalət tələb ediblər.

Aksiyada gərginliyə yol verməmək üçün polis ciddi təhlükəsizlik tədbirləri görüb. 

Qeyd edək ki, digər Amerika prezidentləri kimi  Donald Tramp da Osmanlı İmperiyasında baş vermiş 1915-ci il hadisələrinə mövqeyini bildirərkən “soyqırım” ifadəsinin işlətməyib, hadisələri böyük fəlakət adlandırmaqla kifayətlənib. Bu, Amerikadakı erməni lobbisini məyus edib.

 


Create Account



Log In Your Account