Jun 21 2019 19:59
Views: 206

Ermənistanın danışıqlar prosesini pozmaq və işğal olunmuş Azərbaycan torpaqlarında yaradılan qondarma rejim nümayəndələrini tərəf kimi göstərmək cəhdləri növbəti dəfə iflasa uğrayıb. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşünü şərh edən politoloq Fikrət Sadıxov belə deyir. Onun sözlərinə görə, Ermənistanın danışıqlar masasında olması münaqişə tərəfinin kim olduğunu açıq şəkildə nümayiş etdirir.
Ekspertlər hesab edir ki, Ermənistanın cəbhədə vəziyyəti gərginləşdirməsi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin daha əvvəl Paris və Moskvada humanitar məsələlərlə bağlı əldə etdiyi razılaşmaların həyata keçməsinə imkan verməyib. Ermənistan ordusunun təxribatlarının məhz buna xidmət etdiyi istisna edilmir.
Rusiyalı ekspert Sergey Markov da hesab edir ki, Azərbaycan danışqlara, beynəlxalq hüquq normalarına sadiq olduğunu bir daha nümayiş etdirib. Lakin Ermənistan bunu pozmaq üçün hər şeyi edir.


Create Account



Log In Your Account