Jul 06 2018 18:13
Views: 1444

100 il bundan əvvəl erməni daşnaklarının azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı nəticəsində 700 min dinc əhali qətlə yetirilib. 1918-ci ildə Şamaxı, Quba və Bakıda erməni silahlıları kütləvi qırğınlar törədərək, günahsız insanları, o cümlədən çoxlu sayda qoca, qadın və uşağı faciəli şəkildə öldürüblər. Bütün bu hadisələr təqdimatı keçirilən “SOYQIRIMI:100 il” sənədli filmində tarixi faktlarla göstərilir. 
Filmin ssenari müəllifi və rejissoru Etibar Məmmədov deyir ki, çəkiliş zamanı yalnız arxiv sənədlərdən istifadə olunub. Bunun da öz səbəbi var. Rejissorun sözlərinə görə, dünyanın, o cümlədən erməni tarixçilərinin bu faktları qəbul etməkdən başqa yolu yoxdur. Çünki ermənilərin törətdiyi bu vəhşiliyi, tarixi həqiqəti əks etdirən arxivlər sübut edir.
“SOYQIRIMI: 100 il”in yaradıcıları əmindirlər ki, film yalan üzərində qurulmuş erməni təbliğatına növbəti ağır zərbədir. Qeyd olundu ki, erməni vandalizminin əks olunuduğu sənədli film orta məktəblərdə də nümayiş olunacaq. Eyni zamanda, ekran əsərinin rus, ingilis, fransız dillərinə tərcümə olunması və  türk dilinə uyuğunlaşdırılaraq xarici ölkələrdə yayılması nəzərdə tutulub.


Create Account



Log In Your Account