Aug 30 2018 14:04
Views: 779

Artıq 30 ildən çoxdur  Azərbaycan  Ermənistanın təcavüzünə və vandalizminə məruz qalır. Bu təcavüzdən   təkcə soydaşlarımız deyil, yaşı min illərlə ölçülüən tarixi dini abidələrimiz də ziyan çəkib. 1988-ci ildə  Ermənilər  soydaşlarımızı Qərbi Azərbaycandan,  öz ata baba ocaqlarından köçürərək Ermənistanda monoetnik  dövlət yaratdı. Bununla da ölkədə bir dənə də olsun Azərbaycanlı qalmadı. Bu azmış kimi Ermənistan Azərbaycana məxsus  tarixi-mədəni abidələri dağıtmağa və ya özününkülədirməyə başladı. XIX əsrdən etibarən Qarabağa və Qərbi Azərbaycan ərazilərinə köçürülən ermənilər təkcə azərbaycanlıların torpaqlarını ələ keçirməyib, eyni zamanda orada yaşayan soydaşlarımızı yerindən-yurdundan qovub çıxararaq, buradakı maddi-mədəniyyət nümunələrini tarix səhnəsindən məqsədli şəkildə silib yox ediblər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, bu gün işğal altındakı torpaqlarda təsbit olunan tarixi-dini abidələrin sayının 403-olduğunu deyir. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si  isə ziyarətgahlardır. Səyyad Salahlının sözlərinə görə  Ermənistanın sonuncu  belə saxtakarlığı  Şuşadakı Yuxarı Gövhər Ağa məscidində həyata keçirib.
“Yuxarı Gövhər ağa” məscidi 1883-1884-cü illərdə İbrahimxəlil xanın qızı Gövhər xanım  tapşırığı ilə inşa edilib. İndiki məscidin yerində hələ Pənahəlixanın dövründə qarğı və qamışdan bir məscid tikilib. Pənahəli хanın tikdirdiyi qarğı məscid 1768-ci ildə İbrahimxəlil xan tərəfindən daşla yenidən inşa edilib. Həmin məscidin minarəsiz, kasıb görünüşə malik olması Gövhər xanımı qane etməyib və buna görə məscidi tamamilə sökdürüb, yerində qoşaminarəLi yeni məscid tikdirib. Lakin bu məscid də Gövhər xanımın göstərişi ilə sökülüb və yerində müasir dövrümüzə qədər gəlib çatan “Yuхarı Gövhər ağa” məscidi kimi tanınan həmin bina inşa edilib. Amma münaqişə dövründə  məscidin minarələri ermənilər tərəfindən atılan  top atəşi nəticəsində dağıdılıb. İşğaldan sonra Ermənistan ərazidəki tarixi abidələri özününküləşdirməyə  cəhd edib. Hazırda işğal altındakı müsəlman dini kimliyinə aid abidələr dağıdılır, təhqir olunur. Səyyad Salahlının sözlərinə görə “Yuхarı Gövhər ağa”məscidi 2016-17-ci illərdə  Ermənistanın dəvəti əsasında İranlı memarlar tərəfindən qismən təmir olunub. Amma təmirdən sonra Ermənistan məscidin İran tarixinə aid olması iddiasını  irəli sürüb. Səyyad Salahlı deyir ki, bu ilk belə hal deyil. Bir neçə il öncə  də İrəvan şəhərində 1990-cı ildə ermənilər tərəfindən yandırılmış “Göy Məscid”  İran İslam Respulikası tərəfindən təmir edildikdən sonra “Fars məscidi” adlandırılıb. Səyyad SalahlI bildirir ki, Ermənistan dini abilər məsələsində Azərbaycanın adını  itirmək üçün mədəniyyət və din  baxımından yaxın olan  İranın adından istifadə edir. Amma arxivlərdəki tarixi mənbələrdə məlumatlar və fotogörüntülər erməni saxtakarlığını üzə çıxartmağa imkan verir
Azərbaycan  dəfələrlə  beynəlxalaq qurumlarda və təşkilatlarda ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında tarixi-dini abidələrə qarşı törətdikləri cinayət əməlləri barədə məlumat verib. Ermənistanın Beynəlxalq səviyyədə təsbit olunmuş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa 
Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinə zidd hərəkət etdiyini  diqqətə çatdırıb. Lakin Ermənistan hələ də beynəlxalq hüquq və normaların tələblərini pozaraq Azərbaycan mədəniyyətinə və tarixinə qarşı terroru davam etdirir.


Create Account



Log In Your Account