Mar 18 2019 16:27
Views: 522

Ermənistanın işğal etdiyi Azərbyacn ərazilərində 261 hektar meşə sahəsi məhv edilib. Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə ciddi ziyan vurulub. mİşğal olunmuş ərazilərdə flora və fauna növlərinin məhv edilməsinı, mineral-xammal ehtiyatlarının qanunsuz mənimsənilməsi davam etdirilir. Azərbaycan xarixci İşər Nazirliyinin Mətvuat Xidmətinin rəhbəri leyla Abdullayevanın bildirdiyinə görə, Ermnistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycana yüzmilyardlarla dollar ziyan dəyib.

Ekoloji terror nəticəsində işğal olunmuş ərazilərdən keçən çay sularının çirkləndirilməsi həyata keçirilir.  Ermənistan cəbhəyanı bplgələrdə yaşayan azərbaycanlı əhalinin su təminatına da ciddi problemlər yaradır. İşğalçı ordunun nəzarətində olan Sərsəng su anbarında mütəmadi təmir işləri aparılmadığından, təhlükə mənbəyinə çevrilib. Suya ehtiyacın çox olduğu yay aylarında Sərsəng su anbarında suyun verilməsi dayandırılır ki, bu da cəbhəboyu bplgədə yaşayan əhali üçün ciddi çətinliklər yaradır.

Ermənistanın istismar etdiyi Metsamor Atom Elektrik Stansiyasında da təhlükəsizlik statdartlarına əməL olunmur. Beynəlxalq təşkilatların çağırışlarına baxmayaraq Emənistan hökuməti Metsamorun istismarını dayandırmaqdan imtina edir.

 


Create Account



Log In Your Account