May 15 2019 17:05
Views: 247

Ermənistan baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mətbuata açıqlamasında növbəti dəfə separatçı rejimin danışıqlara cəlb olunmasının vacibliyini bildirib. Brüsseldə Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunmuş sammit zamanı mətbuata açıqlama verən Paşinyan atəşkəsin 25 illiyi ilə bağlı verdiyi bəyanatını növbəti dəfə təkrarlayıb. Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə CBC-yə müsahibəsində Atəşkəsin sülhə çevrilməməsinin yeganə səbəbinin Ermənistanın qeyri-konstruktiv mövqeyi olduğunu bildirib. Qeyd edib  ki, münaqişənin həllinə nail olmaq və regionda davamlı sülhün təmin edilməsi üçün Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərzilərindən çıxarılmalıdır.


Create Account



Log In Your Account